İqtisadiyyat

Samsung Galaxy Note 7-ni öncədən sifariş edənlər Samsung-dan hədiyyələr qazanacaqlar

26 Avqust 2016 15:45
Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samsung Galaxy Note 7 - adi smartfondan daha üstün: bu cihaz özündə bir çox innovasiyanı birləşdirir və müasir aktiv istifadəçinin tələblərinə tam uyğunlaşdırılıb.

Smartfonun erqonomikası istifadəçilər üçün rahatlaşdırılıb - dünyada ilk korpusunun 2 kənarı da qövsvariləşdirilmiş Note. Onu tək əldə tutmaq və istifadə etmək daha rahatdır.

İntellektual elektron S Pen sizə daha geniş imkanlar yaradır: indi siz sürətlə GIF-fayllar yarada və qeydlər apara bilərsiniz, 256 GB-a qədər yaddaşa malik microSD yaddaş kartları ilə daha çox məlumat saxlamaq imkanına maliksiniz.

Galaxy Note 7 su və tozun təsirinə davamlıdır. O suyun, tozun və kirin təsirindən qorunub, hətta 1,5 metr dərinliyə qədər su altında 30 dəqiqəyə qədər çalışa bilir.

Sizin məlumatlarınızın daha da yaxşı qorunması üçün Galaxy Note 7 ən rahat və innovativ yollardan biri olan - IRIS Scanner - göz bəbəyi skaneri ilə təchiz olunub.

Siz də Samsung-un bu innovativ cihazının ilk sahiblərindən biri olmaq üçün Baku Electronics, Maxi.az, Kontakt və Samsung brend mağaza şəbəkələrindən 50 manat ilkin ödəniş edərək öncədən sifariş edə bilərsiniz.

Avqustun 26-dan sentyabrın 15-nə qədər öncədən sifariş edən hər kəs virtual reallıq eynəyi Gear VR və 80 manat* dəyərində Oculus kontenti hədiyyə qazanacaqlar.

Daha ətraflı məlumat - Samsung Azerbaijan Facebook səhifəsində.

*vauçerin qiyməti 50 (əlli) ABŞ dolları ekvivalentindədir və Aksiya müddəti ərzində məzənnənin dəyişilməsi ilə əlaqədar olaraq vauçerin manat qiyməti dəyişə bilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.