İqtisadiyyat

Neftin qiyməti ilə bağlı AÇIQLAMA

30 İyul 2016 09:18
0 Şərh     Baxış: 1 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın qlobal neft bazarına qayıtması hələlik güc bölgüsünə ciddi təsir etməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "SOCAR Trading" şirkətinin rəhbəri Arzu Əzimov "Bloomberg" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, qonşu ölkənin bazara qayıdışından qorxanlar vəziyyəti şişirdir. 
 
"Logistik çətinliklər səbəbilə İranın Avropa bazarında payı olduqca azdır. İran hələlik "SuMed" borusuna (Bu boru vasitəsilə Yaxın Şərqdəki şirkətlər Aralıq dənizinə iri həcmdə neft ixrac edə bilir) çıxışını bərpa edə bilmir", - deyə o bildirib. 
 
Neftin qiymətləri ilə bağlı proqnoz verən A.Əzimov deyib ki, cari ilin sonunadək "qara qızıl"ın 1 barrelinin qiymətinin 40 dollardan aşağı düşəcəyinə inanmır: "Çünki qiymət bu həddə düşsə, ABŞ-da buruqlar bağlanacaq, beləliklə, təklif azalacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.