İqtisadiyyat

Həftədə neçə saat iş olmalıdır?

28 İyul 2016 20:08
3 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər iş həftəsinin ideal müddətini hesablayıblar.
Milli.Az fins.az-a istinadən bildirir ki, tədqiqatı Melburn Universitetinin (Avstraliya) və Keyo Universitetinin (Yaponiya) alimləri aparıblar. Mütəxəssislər müəyyən ediblər ki, insan üçün ən rahat iş həftəsinin müddəti 30 saatdan çox olmamalıdır.
Tədqiqatda 7500 nəfər iştirak edib və onlara informasiya axınının mənimsənilməsi səviyyəsini göstərən testdən keçmək təklif olunub. Təcrübədə məlum olub ki, həftədə 30 saatdan çox işləyən adamlar tapşırığın öhdəsindən çox pis gəliblər. Amma iş həftəsi 30 saatdan az olan adamlar test suallarının 95 faizinə düzgün cavab veriblər.
Alimlər, həmçinin qeyd ediblər ki, gərgin iş qrafiki olan adamlarda yığılma xüsusiyyətinə malik olan yüksək yorğunluq səviyyəsi var. Bu, insanın məhsuldarlığının azalmasına səbəb olur. Buna görə də işəgötürənlər çox vaxt belə əməkdaşları işdən çıxarırlar.
Təcrübə rəhbəri bildirib: "Tədqiqatımız zamanı müəyyən etdik ki, insanlar üçün ideal iş həftəsi 30 saatdan ibarət olmalıdır. Digər hallarda insanlar ya həddindən artıq gücdən düşmüş, ya da çox yorğun olurlar".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.