İqtisadiyyat

“Nissan”lar Bakıda niyə bahadır? – MÜQAYİSƏ

28 İyul 2016 20:06
1 Şərh     Baxış: 5 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yeni avtomobillər qonşu ölkələrlə müqayisədə xeyli baha satılır.

Milli.Az fins.az-a istinadən bildirir ki,bahalı avtomobil markaları ilə yanaşı, qiymət fərqini nisbətən ucuz markalardada müşahidə etmək olar. Fins.az bu dəfə "Nissan" avtomobillərinin qiymətləri ilə bağlı Rusiya və Azərbaycan bazarının müqayisəsini aparıb. "Audi", "BMW","Toyota"lardan fərqli olaraq  bu modellərdə qiymət fərqi nisbətən aşağıdır."Nissan" avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı  "Nurgün Motors"  hazırda yalnız bir neçə modelin satışını həyata keçirir. Ona görə də qiymət müqayisəsi həmin avtomobil modelləri üzrə aparılıb.Məlum olub ki, Azərbaycanda satılan yeni "Nissan"lar Rusiyadan 2- 8 min dollar arasında bahadır.

Ən az qiymət fərqi "Juck"larda - 2 491 dollar

"Nissan" avtomobilləri arasında ən aşağı qiymət fərqi ən kiçiklərdən olan "Juck" modellərində müşahidə edilir. 1.6l mühərrikli 2015-ci il model avtomobilin tam təhcizatlı versiyası Rusiya ilə müqayisədə 2 491  dollar baha satılır.Sadə komplektasiyalı modeldə isə qiymət fərqi  2 927 dollar təşkil edir.

"Qasqai"lar 6 000- 7 184 bahadır

Markanın  yeni model "Qasqai"ları Bakıda daha baha satılır. Məsələn, sadə təhcizatlı 2.0l mühərrikli 2016-cı il model "Qasqai" modelini Moskvadan 19 378 dollara sifariş etmək olar. Halbuki bu avtomobil Bakıda 26 562 dollara təklif edilir. Qiymət fərqi 7 184 dollar təşkil edir.
Avtomobilin tam təhcizatlı versiyası isə Bakıdan almaq 6 min dollar  baha başa gəlir. Bakıda 29312 dollara təklif edilən modelin Rusiya qiyməti 23 312 dollardır.

2.0 l mühərrikli "X-Trail"də  7 187 dollar fərq

Modelərin ölçüləri böyüdükcə mütənasib olaraq qiymət fərqi də artır. Məsələn,  məşhur "Nissan X-Trail" avtomobilləri bahalığına görə digər bütün modelləri geridə qoyur. 2016-cı il model avtomobilin hazırda Bakıda 2 fərqli mühərrikli versiyası satılır. 2.5 l mühərrikli sadə komplektasiyalı  versiya Rusiyada 26500  dollara,  "Nurgün Motors"da isə 33 687 dollara təklif edilir. Bu isə 7187 dollar qiymət fərqi deməkdir.

Ən böyük qiymət fərqi 2.5 l mühərrikli "X-Trail"lərdə - 8400 dollar

"Nissan" avtomobilləri sırasında ən böyük qiymət fərqi 2.0l mühərrikli "X-Trail"modelindədir. Tam təhcizatlı "X-Trail" Rusiyadan almaq istəyənlər 8400 dollar ciblərinə qənaət etmiş olarlar. Belə ki, Bakıda  33 687 dollara təklif edilən maşını, Moskvadan 25 287 dollara almaq  olar. Bu  qiymət fərqinə hətta əlavə bir avtomobil də sifariş etmək olar.

"Nurgün Motors": "Devalvasiya qiymətlərə təsir edib"

Məsələ ilə bağlı  fins.az "Nurgün Motors" şirkətdən münasibət öyrənməyə çalışıb. Şirkətdən  qiymətlərin yüksək olmasını  manatın ucuzlaşması ilə əlaqələndirməyə çalışıblar:"Azərbaycanda bu avtomobillərin baha satılması ölkədə  ardıcılıq olaraq manatın 2 dəfə ucuzlaşması ilə bağlıdır. Belə ki, avtomobillər dollarla alınıb satışa çıxarılır. Bu da öz növbəsində qiymətlərə təsir edir". Qiymətlərə təsir edən əsas amillərdən biri kimi avtomobilin təhcizatı göstərilsə də, hansı detalların qiymətlərə necə və nə qədər təsir etdiyi açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.