İqtisadiyyat

Azərbaycan arpa ixracına başladı

27 İyul 2016 16:02
0 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Azərbaycan ilk dəfə olaraq arpa məhsulunun ixracını reallaşdırıb. Cari ilin birinci rübündə İran və İraqın Azərbaycanda istehsal olunan bir çox yerli məhsulların, eləcə də arpa məhsulunun satışı üçün əlverişli bazar olduğu müəyyənləşib. Nəticədə, bu ilin ilk 6 ayında bu ölkələrə 9 137,5 ton arpa məhsulu ixrac olunub.

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev deyib.
Onun sözlərinə görə, iyul ayında ixracı reallaşdırılan arpa məhsulunun həcmi 4 327,3 ton təşkil edib. Belə ki, xarici ölkələrə ixrac edilən arpa məhsulunun 3 115,6 tonu yemlik, 10 349,2 tonu isə ərzaqlıq arpa məhsuludur.

"2016-cı ildə də Azərbaycanda kənd təsərrüfatının inkişafı, ölkədə istehsal olunan məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin yüksədilməsi, ölkənin ixrac potensialının artırılması qarşıya qoyulan məqsədlərdən biridir. Əsasən də, ölkədə yetişdirilən taxıl məhsulları, eləcə də yem məhsullarının ixracı üçün yeni bazarların axtarılması vacib məsələlərdən biridir", - deyə C.Quliyev əlavə edib.

Xidmət rəisi deyib ki, Azərbaycanın bitkiçilik məhsullarının ixracı üçün yeni sifarişlər qəbul olunub və yaxın vaxtlarda arpa məhsullarının növbəti partiyasının ixracı planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.