İqtisadiyyat

Türkiyə “Türk axını”nın tikintisinə başlamağa hazırdır

27 İyul 2016 00:10
0 Şərh     Baxış: 1 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə "Türk axını" qaz boru layihəsinin birinci xəttinin tikintisinə başlamağa hazırdır, danışıqlar davam etdirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bildirib.
 
"Mən düşünmürəm ki, söhbət burada bu layihələrin icrasının mümkünsüzlüyündən gedir ("Türk axını" və "Botas" dövlət neft-qaz şirkəti üçün güzəşti nəzərdə tutan layihələr - red.), - deyə nazir bildirib.  
 
"Layihənin reallaşdırılması ilə bağlı məsələnin nizamlanmasına dair siyasi qərar mövcuddur", - deyə Zeybəkçi bildirib.
 
Qeyd edək ki,  illik ötürmə gücünün 63 mlrd. kubmetr olduğu "Türk axını" qaz borusunun tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulmuşdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.