İqtisadiyyat

Ərəblər Bakının ən bahalı otellərini seçdilər

26 İyul 2016 14:08
5 Şərh     Baxış: 3 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana ərəblər, əsasən, Dubay, Səudiyyə Ərəbistanı, Küveyt və İraqdan gəlir.

Milli.Azbildirir ki, bunu azvision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov deyib. O qeyd edib ki, 5 il bundan öncə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosasiyası ilə Dubayın turizm şirkəti arasında 3 tərəfli memorondum imzalanıb. Ərəblərin ölkəmizə axını məhz bu memorandumdla bağlıdır.

"Dubayda turizm şirkəti memoronduma əsasən Azərbaycan turizminin bütün ərəb ölkələri üzrə nümayəndəsi seçilib. Artıq necə ildir bu istiqamətdə işlər görülür və bu gün bunu paytaxt sakinləri daha yaxşı müşahidə edirlər. Anlaşmaya əsasən ərəb ölkələrində Azərbaycan haqqında məlumatlar paylaşılır, ticarət mərkəzlərində reklamlar təşkil olunur, bilbordlar hazırlanır". 

N.Bağırov bildirib ki, aprel ayından etibarən ərəblərin Azərbaycana axını başlayıb: "Türkiyədə baş verən hadisələrin buna öz təsiri var. Bundan əlavə Azərbaycan İran və ərəb ölkələrindən gələn turistlər üçün əlverişli məkandır. Tükiyədəki terror aktlarından, qanlı olaylardan sonra bu ölkəyə getmək istəməyən ərəblər Azərbaycana üz tuturlar. Bu, ancaq ərəb ölkələrinə şamildir. Ruslara bunun təsiri yoxdur". 

N.Bağırov vurğulayıb ki, ölkəmizə gələn ərəblər ən bahalı otellərdə qalırlar. "Bu gün otellərin çoxusu ərəblərlə doludur, hələ sentyabrda pik həddə çatacaq. Ərəblər, əsasən, 4, 5 ulduzlu otellərdə qalırlar. Yalnız İraqdan gələnlər turistlər 3 ulduzlu otellərə üstünlük verirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.