İqtisadiyyat

SOCAR neft məhsullarının ixracını artırıb

1 İyul 2016 19:40
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin iyun ayında 33 816 ton dizel yanacağı, 15 157 ton təyyarə yanacağı, 6535 ton yüksək təzyiqli polietilen, 1252 ton mütləqləşdirilmiş izopropil spirti, 6873 ton maye piroliz qətranı, 2099 ton propilen və 3401 ton butilen butadien fraksiyası ixrac edib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumilikdə 2016-cı ilin yanvar-iyun ayları ərzində 389 223 ton dizel yanacağı (ötən ilin analoji dövründə 491,85 min ton), 128 738 ton təyyarə yanacağı (103,51 min ton), 2298 ton soba mazutu (0,18 min ton), 46 896 ton yüksək təzyiqli polietilen (-), 7385 ton mütləqləşdirilmiş izopropil spirti (-), 35 215 ton maye piroliz qatranı (-), 23 245 ton propilen (-) və 10 085 ton butilen butadien fraksiyası (-) ixrac edilib.

2016-cı ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 496,47 ABŞ dolları, təyyarə yanacağı - 451,40 dollar, dizel yanacağı - 431,56 dollar, 1% kükürdlü mazut - 247,03 dollar, yüksək təzyiqli polietilen - 1138,75 dollar, butilen butadien fraksiyası - 464,93 dollar, maye piroliz qatranı - 496,47 dollar, propilen - 652,50 avro və mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 840 avro təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.