İqtisadiyyat

SOCAR neft ixracını azaldıb

1 İyul 2016 19:20
0 Şərh     Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR 2016-cı ilin iyun ayında Novorossiysk limanından 159 574 ton, Supsa limanından 176 120 ton, Ceyhan limanından 1 340 337 ton xam neft ixrac edib.

Trend SOCAR-a istinadən məlumat verir ki, ümumilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 479 073 ton (ötən ilin analoji dövründə 678,05 min ton), Supsa limanından 1 217 067 ton (1,52 milyon ton), Ceyhan limanından 8 536 793 ton (9,2 milyon ton), Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

İyun ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 48,34 dollara, "Urals" nefti 47,15 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 49,41 dollara satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.