İqtisadiyyat

Ukrayna Azərbaycan nefti almaq istəyir

1 İyul 2016 16:42
0 Şərh     Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Ukrayna Azərbaycan neftinin Ukrayna neft emalı müəssisələrinə tədarükünün təşkili və Avropa ölkələrinə tranziti perspektivlərini müzakirə ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ukrayna baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri Gennadi Zubko Ukrayna-Azərbaycan İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın XI iclasında deyib.

Onun sözlərinə görə, hazırda bunun üçün Ukraynada bütün zəruri texniki imkanlar yaradılıb: "Bundan başqa, Azərbaycanın Ukraynanın neft-qaz sahəsinə sərmayə qoyması imkanlarını müzakirə etdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.