İqtisadiyyat

"Azərbaycan qazı Rusiya qazına rəqib deyil" - Aleksandr Novak

27 May 2016 19:33
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Transadriatik boru kəməri (TAP) layihəsi Rusiya qazının Avropanın cənubuna tədarükünə rəqib deyil.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Rusiyanın energetika naziri Aleksandr Novak belə hesab edir.

"TAP Avropa üçün kifayət qədər cüzi həcmdir. Həcmlər hazırda 10 mlrd. kubmetrdən çox deyil və o da 2019-cu ilə perspektivlə. Buna görə də, avropalı istehlakçıların daha çox qaz həcmləri və tədarük marşrutlarının şaxələndirilməsinə ehtiyacları var", - deyə o jurnalistlərə bildirib.

"Hətta bu layihə həyata keçirilsə belə, o, bizim yunan və italyan tərəfdaşlarımızla danışdığımız layihənin həyata keçirilməsi zərurəti və imkanlarını istisna etmir", - deyə nazir əlavə edib.

Qeyd edək ki, TAP layihəsi "Şahdəniz" yatağından "Mərhələ-2" çərçivəsində çıxarılacaq qazın Yunanınstan və Albaniyadan keçməklə Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.