İqtisadiyyat

Neft niyə bahalaşdı? SƏBƏBLƏR

5 May 2016 23:37
0 Şərh     Baxış: 1 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftin qiyməti gün ərzində sürətlə dəyişib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Kanadadakı geniş ərazilərə yayılmış meşə yanğını, ABŞ Energetika nazirliyinin ölkəsində neft hasilatının aşağı düşdüyünü bildirməsi kimi amillər "qara qızıl"ın bazar qiymətini müsbətə doğru artırıb. İranın bir neçə ay sonra OPEK kvotalarına qoşulmaq istəyi də neftin qiymətinə təsirsiz ötüşməyib.

"Neftin qiymətinin artmasına səbəb Kanadadakı meşə yanğınlarıdır".
Bir neçə gün əvvəl Kanadanın Alberta əyalətində quraqlıq səbəbindən böyük meşə yanğını başlayıb. Əyalətdə yerləşən Fort Mak-Myurrey şəhəri "qara qızıl" yataqları ilə zəngindir. Burada fəaliyyət göstərən bəzi neft şirkətləri fəlakət səbəbindən hasilata fasilə verməli olub. Baş verənlər bazarın xammal ilə təmin edilməsinə mənfi təsir edib.

"Petromatrix" şirkətinin analitiki Olivye Ceykobun sözlərinə görə, neftin qiymətinin artmasına əsas səbəb Fort Mak-Myurrey ətrafında başlayan və getdikcə yayılan yanğınlardır.

ABŞ Energetika nazirliyinin çərşənbə günü verdiyi məlumata əsasən Birləşmiş ştatlardakı hasilat 2014-cü ilin sentyabr ayından bəri ən minimum həddə enib.

İran Milli Neft Şirkətinin icraçı direktoru Ruknəddin Cavadi ölkəsinin OPEK standartlarına cavab verən addımlar atacağını bildirib. Şirkət rəsmisi bir neçə ay sonra İranda neft ixracının və hasilatının OPEK-in siyasətinə uyğun şəkildə aparılacağını qeyd edib.

İyul ayına olan fyuçerslərdə Brent markalı neftin bir barrelinin qiyməti 1,77 faiz artaraq 45,41 dollara çatıb. Eyni zamanda WTI markalı neftin qiyməti 2,33 faiz artaraq 44,80 dollar təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.