İqtisadiyyat

Nəhəng dövlətlər qazın qiymətini müzakirəyə çıxardılar

1 May 2016 13:07
0 Şərh     Baxış: 1 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 1-də Yaponiyanın qərbində yerləşən Kitakyuşu şəhərində G7 ölkələrinin energetika nazirlərinin iki günlük görüşü başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, digər məsələlərlə yanaşı nazirlər təbii sıxılmış qaz hasilatçılarını və ixracatçı ölkələri məhsulun qiymətinin artımına səbəb olan ticarət praktikasını dəyişmək çağırışı ilə bağlı müzakirələr aparacaqlar.

Hazırda mövcud olan müqavilələrin əksəriyyəti təbii sıxılmış qazı üçüncü ölkələrə təkrar satmağa icazə vermir.

G7 ölkələri nazirlərinin, eyni zamanda ehtiyatların inkişafına investisiyaların yönəldilməsi məsələsini müzakirə edəcəyi də bildirilir.

İlk günündə birgə naharın və mədəni proqramın nəzərdə tutulduğu toplantıda əsas müzakirələrin mayın 2-də aparılması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.