İqtisadiyyat

Neftin Azərbaycan üçün ən sərfəli qiyməti nədir?

14 Fevral 2016 21:26
0 Şərh     Baxış: 2 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev 2016-cı il üzrə neftin "ən realist" qiymətinin barrel üzrə 40 dollar olduğunu bildirib.

Milli.Az anspress-ə istinadəni bildirir ki, barrel üzrə 30 dollar ətrafında hazırkı qiymətləri "ekstremal aşağı" adlandıran Ulyukayev neftin nisbətən bahalaşacağına ümid edib. Enter some text

Dünya birjalarından gələn xəbərlər də rusiyalı nazirin ümidlərini doğruldub. Amerikada buruq saylarının azalması barədə xəbərlərin açıqlanması həftənin sonunda neftin birdən birə 10 faizə qədər bahalaşmasına səbəb olub. Məsələn, Brent neftinin barreli qısa müddətdə 30,06 dollardan 33,36 dollara qədər qalxıb və həftəni bu qiymətlə başa çatdırıb.


Beləliklə, neftin qiyməti il üçün ən realist qiymətə doğru irəliləməyə başlayıb. Maraqlıdır ki, bir sıra qərb iqtisadçıları neftin indiki qiymətlərini Rusiyanın və bir sıra neft istehsalçısı olan MDB ölkələorinin iqtisadi inkişaf üçün ən optimal hesab edirlər. Məsələn, Harvard universitetinin professoru Timoti Kolton hələ yanvar ayında etdiyi çıxışında 2000-ci illərin əvvəllərini xatırlayıb: "İndi Rusiya iqtisadiyyatına Moskvanın təsir edə bilmədiyi amillər təsir edir. Neft qiymətlərinin kollapsı, məsələn. 2000-ci illərin əvvəlində ümumi daxili məhsulun (ÜDM) artımı həddindən yüksək idi. Neftin qiyməti onda barrel üzrə 20-30 dollar arasında dəyişirdi. İndi, sadəcə, həmin model təkrarlanır. Sizə iqtisadi  inkişaf üçün 120 dollarlıq neft lazım deyil. Böhran islahatları stimullaşdıracaq".


Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban Azərbaycanla Rusiyanın bu məsələdə vəziyyətinin xeyli fərqli olduğunu bildirib: "Neftin qiymətinin barrel üzrə 100 dolları keçdiyi illərdə Rusiya büdcəsində neftin payı 53%-dən yüksək olmadı. Çünki Rusiya iqtisadiyyatının neftdənkənar bölmələri daha şaxəlidir. Onlarda ağır sənayedən yeyinti sənayesinə qədər müxtəlif sahələr inkişaf edib. Bizdə isə neftin büdcədə payı daha yüksəkdir, Dövlət Neft Fondu ilə şirkətlərin ödənişləri 75%-ə qədər təşkil edir".

NAM rəhbərinin fikrincə, 2015-ci il Azərbaycan iqtisadiyatının bir çox sahələrinin inkişaf etməsinin vacibliyini ortaya çıxardı: "2015-ci ildə Rusiyanın idxalı 40%-ə qədər azaldı. Bu, bizdə baş vermədi, əksinə idxal 0,4% artdı. Özümüzdə bazası olan bəzi sektorlar üzrə də vəziyyət ürəkaçan deyil. Məsələn, 460 milyon dollarlıq ərzaq məhsulları ixrac etdiyimiz halda, 980 milyon dollarlıq ərzaq məhsulları idxal etmişik".

İlham Şaban Rusiyadan fərqli olaraq Azərbaycanın daha sürətli islahatlar aparmasının vacibliyinin ortaya çıxdığını bildirir: "İqtisadiyyatda çevik qərarların verilməsinin və verilən qərarların sürətlə icra olunmasının vaxtı çatıb".

Beləliklə, Azərbaycan postneft dövrünə keçidi daha tez gerçəkləşdirməlidir. İndi iqtisadiyyatda az sərmayə ilə daha çox məşğulluq təmin edən. daha çox xalq istehlak malları istehsal edən sahələrin inkişafına ehtiyac var. Bu sahələrin açılması əhali üçün yeni iş yerləri yaratmaqla yanaşı idxal mallarının yerli analoqlarının da istehsalını təmin edə bilər. Nəticədə idxal dəfələrlə azalar və  xaricdən gələn malların manata təzyiqi dayanar.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.