İqtisadiyyat

16,4 milyonluq dövlət istiqrazları satıldı

13 Fevral 2016 12:00
Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Milli.Az bildirir ki, BFB-dən azvision.az-a verilən məlumata görə, sifarişlər 2 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 milyon 415 min ABŞ dolları təşkil edib. Sifarişlər 95,2505 faiz (gəlirlilik 5 faiz) və 97,1000 faiz (gəlirlilik 2,99 faiz) qiymət intervalında təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 milyon dollar məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi 2017-ci il fevralın 10-u, tədavül müddəti 364 gündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.