İqtisadiyyat

SOCAR Türkiyənin məşhur yanacaqdoldurma məntəqələrini alır?

13 Fevral 2016 11:58
Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avstraliyanın OMV şirkətinin Türkiyədəki məşhur yanacaqdoldurma məntəqələrini (YDM) almaq istəyir.

Aznews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 2006-cı ildə Petrol Ofisini (PO) 3 milyard dollara alan şirkət 10 il sonra bazardan geri çəkilir. Məlumata görə, YDM-i almağa namizədlər arasında SOCAR və OPET də var.

Bildirilir ki, bu barədə OMV-nin Vyanadakı ofisində danışıqlar da başlayıb. 

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Turkey"in rəhbəri Kənan Yavuz məsələyə münasibət də bildirib. O, bununla bağlı hələ ki dəqiq məlumat verə bilməyəcəyini açıqlayıb: "Bu məsələyə hələ ki "hə" və ya "yox" cavabı verə bilmərik. YDM-lər bu gün satışa çıxarılıb. Hələ ki çox tezdir. Bir neçə gün içərisində bizim də fikrimiz aydınlaşar".

Məlumat üçün bildirək ki, bir müddət əvvəl də SOCAR-ın Fransanın "Total" şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini almaq istəməsi barədə məlumatlar yayılmışdı. Lakin sonradan məlumatlar təsdiqini tapmadı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.