İqtisadiyyat

Banklar birləşəsi olmadı

11 Fevral 2016 17:37
3 Şərh     Baxış: 3 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DəmirBank və AGBank arasında nəzərdə tutulan konsolidasiya prosesi ləğv edilib.

Milli.Az bildirir ki, DəmirBank-dan Trend-ə verilən məlumata görə, ötən ay DəmirBank və AGBank arasında iki bankın konsolidasiyası ilə bağlı ilkin niyyət protokolu imzalandıqdan sonra DəmirBank rəhbərliyi bu istiqamətdə aktiv müzakirələr aparıb, konsolidasiyanın hər iki tərəfə və ümumilikdə bank sektoruna mümkün təsirləri araşdırılıb.

"DəmirBank" ASC-in Müşahidə Şurası birləşməni səhmdarların, əmanətçilərin, xarici kreditorların və bütün digər hissədarların maraqları nöqteyi-nəzərindən qiymətləndirib və müzakirələrin nəticəsi olaraq sözügedən konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.