İqtisadiyyat

"NAZ-Lifan" avtomobilləri bahalaşır

11 Fevral 2016 16:50
3 Şərh     Baxış: 1 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Avtomobil Zavodunda istehsal edilən "NAZ-Lifan" modellərinin qiyməti artacaq.

Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev deyib.
 
"İndiyədək Naxçıvan Avtomobil Zavodunda istehsal edilən "NAZ-Lifan" modellərinin qiymətlərində artım olmayıb və 11 min manatdan başlayaraq dəyişir. Yaxın günlərdə zavodun nümayəndə heyəti Çinə səfər edəcək, orada qiymətlər və yeni modellərlə bağlı danışıqlar aparılacaq. Valyuta bazarındakı son vəziyyəti nəzərə alaraq qiymətlərə yenidən baxılacaq", - deyə M. Abdullayev bildirib.
 
Zavodun direktoru qiymətlərin modeldən asılı olaraq 15-30 min manat arası dəyişəcəyini ehtimal edir. Eyni zamanda zavodun istehsal etdiyi modellərin respublikada satılan digər avtomobillərin qiymətləri ilə müqayisədə daha ucuz olmasına çalışacaqlarını qeyd edib.
 
Hazırda zavodda 10 modeldə "NAZ-Lifan" avtomobili istehsal edilən Naxçıvan Avtomobil Zavodunda bu ilin sonunadək əlavə 7 "NAZ-Lifan" modelinin istehsalına başlanacaq. M. Abdullayev qeyd edib ki, yanvarın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin dövlət qurumlarına Naxçıvanda istehsal olunan avtomobillərin alınması ilə bağlı tövsiyəsindən sonra qısa müddətdə bir il ərzində satılandan da çox avtomobil satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.