İqtisadiyyat

"Azərbaycan, Rusiya və İranın enerji sahəsində böyük layihələri var"

10 Fevral 2016 20:31
Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrana qarşı sanksiyaların aradan qaldırılması İran və Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, iki ölkə arasında nəqliyyat sahəsində böyük işlər görülür: "Şimal-Cənub nəqliyyat dəhlizi yaradılır. Bu, nəinki tranzit məqsədlər üçündür, eləcə də elektrik enerjisinin Rusiyadan Azərbaycana, Azərbaycandan da İrana ixracını nəzərdə tutur".

N.Əliyev deyib ki, hər üç ölkənin energetika nazirləri bunun üzərində işləyir: "Bizim neft-qaz və enerji sahələrində böyük layihələrimiz var. O cümlədən İran qazının Azərbaycandan tranzit olunması məsələsi də gündəlikdədir. Eyni zamanda İran qaz anbarlarının istifadəsi, yenidən qurulması və başqa sahələr var ki, bunları inkişaf etdirəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.