İqtisadiyyat

Azərbaycan, Gürcüstan və Türkiyə nazirlərinin görüş yeri bilindi

10 Fevral 2016 15:46
0 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 12-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu nazirlərinin növbəti toplantısı keçiriləcək.

Milli.Az bildirir ki, bu barədə report-a açıqlamasında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili məlumat verib.

Nazir deyib ki, görüşdə əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu sahədə mövcud olan problemlər və onların həlli yolları, eləcə də bu layihənin statusu müzakirə olunacaq. Yolun tikintisinin tezliklə başa çatdırılması ilə bağlı lazımi qərarlar qəbul ediləcək.

Görüşdə, həmçinin üç ölkə arasında dəmir yolu daşınmaları, bu sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək.

Tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşləri də nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.