İqtisadiyyat

Rusiya iqtisadiyyatını qorxudan Azərbaycan amili

9 Fevral 2016 17:59
3 Şərh     Baxış: 1 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Rusiyadan ötən ilin yanvar - noyabr aylarında 46,8 min ton kartof idxal edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Statistika Komitəsi xəbər yayıb. 

Amma Azərbaycan Rusiya ilə yanaşı Türkiyə, İran və Gürcüstandan da kartof idxal edir. Bu, onu göstərir ki, biz hələ də xaricdən kartof idaxl edirik.

Amma son dövrlər Azərbaycanın özünü kənd təsərrüfatı məhsulları ilə tam təmin etməsi məqsədi ilə atılan addımlar narahat etməyə başlayıb. Rusiya tərəfi hesab edir ki, əgər Azərbaycan özünü kartofla tam təmin edərsə, onlar Azərbaycan bazarını itirə bilərlər. Rusiya Azərbaycanla yanaşı Qazaxıstana, Ukraynaya, Tacikistana və digər ölkələrə də kartof ixrac edir.

İqtisadi Təqdiqatlar Mərkəzində Aqrar departamentinin rəhbəri Vahid Məhərrəmovun sözlərinə görə, kartofçuluğun inkişafı üçün torpağın münbitliyi artırılmalı, fermerlərin bu sahədə bilikləri inkişaf etdirilməlidir. 

"Torpağın və əldə ediləcək məhsulun ziyanvericilərdən qorunması üçün keyfiyyətli zəhərlərin istehsalı əsas problemlərdəndir. Bundan başqa toxumçuluq inkişaf etdirilməlidir. Həmçinin elmi araşdırılmalar aparılan alimlərlə fermerlərin birgə fəaliyyəti təmin edilməlidir. Keyfiyyətli gübrə və su ilə təminatda problemlər olmamalıdır", - deyən mütəxəssis əlavə etdi ki, problemlərin tam həll edilməsi üçün atılacaq ən əsas addımlardan biri kadr hazırlığıdır. Çünki əksər ölkələrdə fermerlər ali təhsilli aqronomlardır.

"Kartofa ümumi tələbatımız 1 milyon 400 min tondur. Adıçəkilən problemlər həll edildikdən sonra Azərbaycan həm özünü təmin edər, həm də Rusiyanı və digər dövlətləri öz bazarından çıxarmaq imkanı əldə edər. İnkişaf üçün, həmçinin məhsulun maya dəyəri azaldılmalıdır. Bundan sonra kartofun rəqabətqabiliyyətliyini təmin etmək mümkün olar. Şəmkir, Gədəbəy, Tovuz və digər rayonlarının kartofçuluğun inkişaf prespektivi çox yüksəkdir", - deyə mütəxəssis bildirdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.