İqtisadiyyat

Qazanmaq istəyən bu kişinin sözlərinə qulaq versin - FOTO

8 Fevral 2016 20:37
0 Şərh     Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya İctimai Palatasında "Rusiya və Azərbaycan iqtisadi böhran dövründə. İki ölkənin iqtisadiyyatında həll yolları və yeni tendensiyalar" adlı "dəyirmi masa" keçirilib. APA-nın verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, İctimai Palatanın üzvü, tanınmış politoloq Sergey Markov,  İctimai Palatanın ekspertləri, Rusiyadakı Azərbaycan diasporunun fəalları iştirak ediblər. 

Rusiyalı politoloq Sergey Markov çıxışında Azərbaycanın kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olduğunu söyləyib: "Bu ölkədə kənd təsərrüfatı sahəsində çox böyük resurs yatırılıb. Azərbaycanın kənd təsərrüfatı məhsulları kimyəvi deyil, təbii və sağlamdır. Azərbaycan Rusiyanın kənd təsərrüfatına olan tələbatını ödəmək iqtidarındadır. Lakin bunun üçün distrubütor kanalını yaratmaq lazımdır. Hesab edirəm ki, regional xarakter daşıyan böyük ticarət brendi və ticarət evi yaratmaq lazımdır. Belə ticarət siyasətinə siyasi dəstək də böyük olacaq. Rusiya siyasi rəhbərliyi Azərbaycana  ticarət münasibətlərinin inkişaf lazım olan dost ölkə kimi baxır".
 
S. Markovun fikrincə, Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalına cavab olaraq, Azərbaycan biznesi məhsullarının bir hissəsini, xüsusən də maşınqayırma məhsullarını Rusiyadan ala bilər: "Rusiya maşınqayırma sənayesi Azərbaycana konkret nə lazım olduğundan məlumatsızdır. Azərbaycan tərəfi, hər şeydən öncə diaspor vəziyyəti təhlil edərək təkliflə çıxış edə bilər. Bu təklif böyük siyasi dəstək qazanacaq".
 
Politoloq turizm sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivlərini xüsusi qeyd edib. Onun fikrincə, Azərbaycanın dağ-turizm kurortları rusiyalı turistlər üçün Alp dağ-xizək turizmini əvəz edə bilər: "Yaxşı olardı ki, Azərbaycanın turizm agentlikləri Qəbələ və ölkənin digər regionlarındakı dağ-xizək kurortları, Xəzər dənizinin sahilindəki qumlu çimərliklərlə bağlı daha aktiv təkliflər versinlər. Mədəniyyət turizmi sahəsi də olduqca vacibdir. Bugünkü Bakı, sadəcə nağıl şəhəridir. Moskva və Peterburqun inkişaf etmiş gəncliyi arasında bu gün Bakıya səfər etmək prestijli hesab olunur. Lakin həmin gənclər ora özləri gedirlər. Müasir Bakıya çox az sayda turist turları mövcuddur".
 
Tədbirdə çıxış edən səfir müavini Qüdsi Osmanov iqtisadi böhran dövründə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı məsələsinə toxunub. Diplomat qeyd edib ki, Rusiya hər zaman Azərbaycan məhsullarını bəyənib: "Məhz bu səbəbdən də Azərbaycan diasporu rusiyalılar arasında Azərbaycan məhsullarının məşhurlaşması üçün iş görməlidir. Diasporumuz Azərbaycan Respublikasının iqtisadi və turizm potensialını Rusiyada təqdim etməlidir. Bu məqsədlə mart ayının əvvəlində Rusiya Federasiyasındakı Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilməsi planlaşdırılır".
 
Səfir müavini beynəlxalq terrorçuluq təhlükəsi ilə bağlə tədbirdə səslənən mövzunu davam etdirərək Azərbaycanın  radikal əhval-ruhiyyəli vətəndaşların ələ keçirilməsi istiqamətində uğurlu iş apardığını qeyd edib. Onun sözlərinə görə, terrorçuluq və radikal əhval-ruhiyyəyə qarşı fəaliyyət Rusiyadakı Azərbaycan diaspor təşkilatlarında da aparılır: "Bu sahədə gənclərlə də uğurlu iş aparılır".
 
Daha sonra tədbirdə çıxış edən Rusiya İctimai Palatasının digər ekspertləri, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, ÜAK icraçı direktorunun birinci müavini Samir Məmmədov və Azərbaycan diasporunun gənc fəalları iqtisadi böhran dövründə Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərindən danışıblar. İki ölkə iqtisadiyyatında həll yolları və yaranan tendensiyalarla bağlı maraqlı təkliflər səslənib.    

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.