İqtisadiyyat

Azərbaycan Gürcüstanın üzərindən Türkiyəyə elektrik enerjisi ötürəcək - YENİLƏNİB

8 Fevral 2016 16:14
0 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:14

Fevralın 7-dən başlayaraq Azərbaycan Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə elektrik enerjisi ixracına başlayıb. Bunu Trend-ə Azərbaycanın Energetika Nazirliyindən bildiriblər: "Fevralın 7-dən başlayaraq sutkada təxminən 80 meqavatt elektrik enerjisinin Azərbaycandan Türkiyəyə ötürülməsinə başlanılıb".

Elektrik enerjisinin ixracı "Azərbaycan-Gürcüstan-Türkiyə" enerji körpüsü vasitəsilə həyata keçirilir.

Bu layihədə Gürcüstan da elektrik enerjisi ixrac edən tranzit ölkə qismində iştirak edir. Bununla Azərbaycan Türkiyənin Naxçıvan Muxtar Respublikasına verdiyi elektrik enerjisi borcunu ödəməklə, daha sonra Avropa bazarına çıxa biləcək.

---------

15:13

"Gürcüstan Dövlət Elektrik Sistemi" iki istiqamətdə - Azərbaycandan Türkiyəyə və Rusiyadan Ermənistana tranzit dəhlizi funksiyasını həyata keçirməyə başlayıb.

Report-un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, fevralın 7-dən etibarən Azərbaycandan Türkiyəyə təqribən 80 MVt miqdarında elektrik enerjisinin tranzitinə başlanılıb.

Rusiyadan Ermənistana orta hesabla 30 MVt miqdarında elektrik enerjisinin tranziti isə fevralın 5-dən həyata keçirilməyə başlayıb.

Nəticədə, Gürcüstan elektrik enerjisinin tranzitindən ayda 1 mln. lari gəlir əldə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.