İqtisadiyyat

"Qatar Airways" Valentin gününə özəl endirim kampaniyasını təqdim edir

8 Fevral 2016 11:00
Baxış: 2 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava yolu şirkəti Biznes və Ekonom siniflərində fantastik qiymət endirimləri təklif edir

Bu Valentin gününü Qatar Airways-in xüsusi endirim hədiyyəsi ilə birgə uzun müddət boyu yaddaqalan edin.

Qatar Airways-lə birgə yaddaqalan səyahət edərək həm biznes həm də ekonom siniflərdə 2 al 1 ödə təklfidindən faydalanıb Avropa, Amerika, Hind Yarımadası, Asiya və Yaxın Şərqi kəşf etmə imkanını qaçırmayın.

Qatar Airways-in 2 al 1 ödə kampaniyası çərçivəsində bilet satışı 8-11 fevral 2016 tarixləri arası olub. Səyahət müddəti 15 fevral-15 iyun 2016 müddətindədir. Biletləri Qatar Airways satış ofisləri, turizm agentlikləri və ya qatarairways.com/companionoffer səhifəsindən əldə etmək olar.

Qatar Airways-in Baş Kommersiya meneceri Dr. Hugh Dunleavy-nin dediyi kimi: "Qatar Airways Valentin günündə insanları bir araya gətirərək onlara qlobal şəbəkəmizdə olan onlarla möhtəşəm istirahət istiqamətlərini kəşf etmək imkanı yaradır. İstər qısa məsafəli səyahət, istərsə də xüsusi səbəbi olan səyahət olsun, sərnişinlərimiz 2 al 1 ödə təkliflərimizlə sevdikləri istiqamətlərə səfərlər zamanı qənaət edə biləcəklər".

Səfər üçün rezervasiyanızı Qatar Airways-lə edərək dünyanın aparıcı hava yolu şirkətlərindən biri ilə səyahətə başlayın. Sizə özəl, premium xidmət və Şərq qonaqpərvərliyi ilə mükəmməl səyahət təcrübəsi qazanacaqsınız.

Şərt və məhdudiyyətlər şamil edilir. Endirimli qiymətə yerlər məhduddur. Bütün şərtlərlə rezervasiya zamanı tanış olun.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.