İqtisadiyyat

Gürcüstan Azərbaycanın cavabını gözləyir

6 Fevral 2016 10:47
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan 2011-ci ildən bəri Cənubi Qafqaz Boru Kəməri Konsorsiumuna Gürcüstana əlavə qaz verilməsinə dair dəfələrlə müraciət edib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, danışıqlar aparmaq barədə təkliflərinə yazılı şəkildə rədd cavabı alıblar:

"Danışıqlar müsbət nəticə versə, qazın Rusiyadan alınmasına lüzum qalmayacaq. Çünki bu gün danışıqlar Rusiyadan alınacaq 300-400 milyon kubmetr qazın həcmi ətrafında gedir. Bizim öz mövqeyimiz var. Düşünürəm ki, sonda müəyyən bir razılığa gəlinəcək".

Nazir əlavə edib ki, rəsmi Tiflis Qazax boru kəməri ilə SOCAR-dan, 2,9 milyon kubmetri "Şah-Dəniz" yatağından qalan 1,2-2 milyon kubmetr isə Rusyanın Ermənistana Gürcüstan ərazisindən ötürdüyü qaz üçün tranzit haqqı kimi alır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.