İqtisadiyyat

İran neftini dollarla satmayacaq

6 Fevral 2016 09:35
0 Şərh     Baxış: 1 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran neft ticarətində dollardan imtina etmək niyyətindədir.

Publika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə agentliyin İranın Milli Neft Şirkətindəki həmsöhbəti bildirib.
 
Bəzi şirkətlərlə sazişlər avro ilə həyata keçiriləcək. Artıq Fransanın "Total" və "Litasco", həmçinin İspaniyanın "Cepsa" korporasiyaları ilə hesablamaların Avropa valyutası ilə aparılması razılaşdırılıb.
 
Mənbə qeyd edib ki, Tehran dollardan asılılığı azaltmaq istəyir. Onun sözlərinə görə, avro ilə neft ticarəti haqqında qərar hələ İranın beynəlxalq sanksiyaların altında olduğu dövrdə qəbul edilib.
 
Qeyd edək ki, ABŞ və Avropa Birliyi İrana qarşı sanksiyaları yanvarın 17-də ləğv edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.