İqtisadiyyat

SOCAR-ın yeni reytinqini açıqlandı

4 Fevral 2016 22:53
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Standard&Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB"-dək endirib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə reytinq agentliyinin yaydığı məlumatda bildirilir.
 
Reytinq üzrə proqnoz "stabil" olaraq qalır.
 
Agentliyin proqnozuna əsasən neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar SOCAR-ın borclanması müəyyən qədər artacaq.
 
Bununla yanaşı, agentliyin analitikləri bildirir ki, SOCAR kapital xərclərini azaltmaqla müsbət yöndə idarəolunan pul axınını həyata keçirə bilər.
 
Məlumatda həmçinin qeyd edilib ki, hökumət dövlət şirkətinə dəstək verməkdə davam edəcək.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.