Maraqlı

Siqaretə görə mağaza soydular - VİDEO

31 Dekabr 2015 10:46
1 Şərh     Baxış: 2 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə üç nəfər silahlı çəxs Sankt-Peterburqda ərzaq mağazasını soyub.

Milli.Az anspress-ə istinadən bildirir ki, soyğunçuların qəniməti kassada olan 50 min rubl (1 080 azn) və bir kisə siqaret olub.

Soyğunçuluq anı mağazada olan müşahidə kamerasına düşüb. Kadrlardan göründüyü kimi üç nəfər üzü açıq şəxs növbə ilə mağazaya girirlər. Birinci cinayətkar telefonla danışaraq əvvəlcə terminala yaxınlaşır. Bir neçə dəqiqə sonra onun şərikləri gəlirlər. Soyğunçulardan biri satıcını tapançayla hədələməyə başladığı zaman iki nəfər bu anda polietilen torbaya malları yığmağa başlayır. Gecə "alıcılarını" əsasən kassada olan gəlir və siqaretlər maraqlandırıb. Onları götürən oğrular yavaş-yavaş mağazanı tərk ediblər.

"Onlar özünü mağaza sahibi kimi aparırdılar. Kassadan 50 min rubl gəliri və 15 - 20 min rubl dəyərində siqaretlər oğurladılar",- deyə satıcı bildirib. Hazırda polis soyğunçuların axtarışına başlayıb.

Analoji hadisə bu il mart ayında Rusiya paytaxtı Moskvada baş verib. İki nəfər erməni millətindən olan şəxs dükanı yardıqdan sonra yaxalanmışdı. Onlar mağazada olan müşahidə kamerasına düşdüyündən polis onları asanlıqla ələ keçirib.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Siqaretə görə mağaza soydular

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.