İqtisadiyyat

Azərbaycanda dabaqa qarşı davar peyvənd olunur

2 Dekabr 2015 08:46
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə ərazisinin epizootoloji sabitliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq Epizootiya əleyhinə tədbirlər planına əsasən 2015-ci ilin dekabr ayında  respublika ərazisində  dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayıb. 
Milli.Az APA-ya istinadən bildirir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən verilən xəbərə görə, iri buynuzlu heyvanların peyvəndlənməsi ilk növbədə ölkənin sərhəd rayonlarında, daha sonra  respublikanın digər rayonlarda həyata keçiriləcək.
 
Dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərinin və aidiyyəti yerli qurumların yerlərdə dövlət baytarlıq xidmətinin mütəxəssislərinə müvafiq şərait yaratmaqla əməli köməklik göstərmələri tövsiyə olunur.
 
Hazırda respublikanın epizootik vəziyyəti sabitdir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.