İqtisadiyyat

Neftin qiymətində dirçəliş var

30 Noyabr 2015 08:03
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə sonu dünya birjalarında neftin qiymətində müşahidə olunan ucuzlaşma nisbi bahalaşma ilə əvəz olunub. 

Milli.Az anspress-ə istinadən bildirir ki, birjaların satışlar üzrə hesabatına görə "Brent" markalı neftin qiyməti 44.91 dollar olub. 

"Texas" (WTI) markalı neftdə də nisbi bahalaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft ötən həftəyə nisbətən bahalaşaraq 41.91 dollar olub.

"AzəriLayt" markalı neftdə isə cüzi bahalaşma qeydə alınıb. Bu neftin bir barrelinin qiyməti 0,02 dollar bahalaşaraq 45,89 dollar təşkil edib.

Ötən həftə sonu birjalarda qızılın qiymətində görülən kəskin ucuzlaşma yerini stabilliyə buraxıb. Belə ki, qızılın qiyməti 1 qram üçün 33.96 dollar olaraq qalıb. Eyni vəziyyət gümüşün qiymətində də müşahidə olunub. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar qalmağa davam edir. 

Ötən gün dolların qiymətində stabillik qeydə alınıb. Mərkəzi bankın məlumatına görə, dünən 1 ABŞ dollarının qiyməti 1.0511 AZN təşkil edib. Euroda müşahidə olunan ucuzlaşma dünən fə davam edib. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1152 AZN təşkil edib. Rusiya valyutasında isə cüzi ucuzlaşma olub. Dünən 1 rublun qiyməti 0.0161 AZN olaraq müəyyənləşib. 

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir: 
1 ABŞ dolları - 1.0511 AZN
1 Euro - 1.1152 AZN 
1 rus rublu - 0.0160 AZN.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.