İqtisadiyyat

Azərbaycanın Cənubi Qafqazda inhisarçılıq mövqeyindən böyük mənfəət əldə etmək potensialı var

9 Oktyabr 2015 23:20
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Cənubi Qafqaz regionunda iqtisadiyyat sahəsi üzrə bir mərkəz olması və inhisarçılıq mövqeyindən böyük mənfəət əldə edə bilməsi üçün potensialı var. Bunu Trend-ə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib.

Ə.Muradov qeyd edib ki, bu gün Azərbaycan qeyri-neft sektorunda informasiya texnologiyaları sahəsi ilə yanaşı, aqrar, turizm, nəqliyyat, xidmət, bank-maliyyə, tikinti, kimya sənayesi sektorlarını inkişaf etdirməklə qısa müddətdə daha tez iqtisadi artıma nail ola bilər: "Azərbaycanda qeyri-neft sektorunda İKT, aqrar, turizm, nəqliyyat prioritet sahələrdir. Son zamanlar kimya sənayesinin də inkişafı üçün işlər aparılır. Kimya sənayesinin inkişafı gələcəkdə bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərər. Tikinti sahəsi də Azərbaycan üçün önəmlidir. Azərbaycanda son illər ərzində dinamik tikinti sahəsi formalaşıb. Tikinti sənayesinin inkişafı baxımından da Azərbaycan iqtisadiyyatı daha böyük uğurlar əldə edə bilər. Düşünürəm ki, xidmət, bank-maliyyə sektorları üzrə də Azərbaycanın potensialı var ki, ən azından, Cənubi Qafqaz regionunda mərkəz kimi inhisarçılıq mövqeyindən böyük mənfəət əldə edə bilsin".

Rektor deyib ki, növbəti il üçün büdcə layihəsində ölkə iqtisadiyyatının dayanıqlığını təmin etmək baxımından büdcə xərcləri azaldılsa da, sosial yönümlü bütün layihələr icra ediləcək.

İqtisadçının sözlərinə görə, investisiya xərclərinin strukturu daha da təkmilləşib: "Hökumətin həmin investisiya xərclərinin daha səmərəli istifadə edilməsi istiqamətində ciddi planları var. Əminəm ki, daha az pulla daha ciddi işlər görülə biləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.