İqtisadiyyat

"Qazprom"dan Türkiyəyə rədd cavabı

9 Oktyabr 2015 12:14
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın təbii qaz inhisarçısı olan "Qazprom" konserni Türkiyəyə "Mavi axın" layihəsi çərçivəsində əlavə olaraq 3 milyard kubmetr təbii qazın satılması ilə bağlı Ankaranın xahişinə rədd cavabı verib.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, bunu "Qazprom"un baş icraçı direktoru Aleksey Miller deyib.

"Türkiyə ilə bu barədə iki il əvvəl danışıqlar aparılıb və mövqeyimizi bildirmişik. 3 milyard kubmetr əlavə qazı sata bilmərik. Lakin ən azı, 2 milyard kubmetr qaz "Türk axını" boru xətti ilə göndərilə bilər", - Miller söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.