İqtisadiyyat

Bizi belə aldalırlar - VİDEO

8 Oktyabr 2015 21:23
0 Şərh     Baxış: 1 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taksit kartlarla alış-veriş edərkən həm bank həm də satıcılar tərəfindən faiz tutulması ilə bağlı televiziyamıza məlumat daxil olub. Necə ola bilər ki, hər iki tərəf bir məhsula öz faizini tətbiq etsin? Bu haqda mütəxəssislər nə deyir?

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, taksit kartla alış-veriş edirsən həm satıcı faiz çıxır həm də bank.

İnsanlar satıcıların ya məbləği aylara düzgün bölmədiyini ya da, pulu nağd çəkdiklərini söyləyirlər. Yəni 6 ay müddətinə 15 faizlik 100 manatlıq alış-veriş etsən, taksit kartdan 115 manat pul dərhal çəkiləcək. Ayın sonu isə bank kredit kartından çıxılan məbləğə görə müştəriyə ümumi faiz tətbiq edir.

Satıcılar isə satdıqlara mala faiz tətbiq etmədiklərini deyirlər.

Satıcılar hətta bankların onlardan bunun müqabilində komissiya tutduqlarını söyləyirlər.

Onda belə çıxır ki, bəzi mağazalar məhsulu faizsiz taksitlə saatdıqları üçün ziyana işləyirlər?

Qanunla mağazalar alınan məhsula faiz tətbiq edə bilməzlər.

Mütəxəssislər bankların bu hallar baş verməməsi üçün hər mağazaya nümayəndə təyin etməsinin mümkünsüz olduğunu deyirlər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.