İqtisadiyyat

Banklarla bağlı yeni QƏRAR

6 Oktyabr 2015 14:01
0 Şərh     Baxış: 8 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müflisləşmə və iflas qaqqında", "İnvestisiya fondları haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında" qanun layihələrində dəyişiklik Milli Məclisin Plenar iclasında müzakirə edilərək birinci oxunuşda təsdiq edilib.

Trend-in məlumatına görə, hər 3 qanuna edilən dəyişikliklə müddət konkretləşməsi aparılıb. Belə ki, "Banklar haqqında" qanuna edilən dəyişikliklə aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq həyata keçiriləcək.

Qeyd edək ki, dəyişiklikdən öncə bu müddət konkretləşməmişdi. Bildirək ki, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır.

"Sığorta fəaliyyəti haqqında" və "İnvestisiya fondları haqqında"qanuna dəyişiklik də eyni müddəanı nəzərdə tutur. Belə ki, sığortaçının əmlakının açıq hərrac yolu satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçiriləcək.

"Müflisləşmə və iflas haqqında"qanun layihəsinə edilən dəyişikliklə səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı müvafiq olaraq "İnvestisiya fondları haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunun tələbləri nəzərə alınaraq müflis elan ediləcək.

Qeyd edək ki, təkmilləşdirmədə bu qanunun bütün kommersiya təşkilatlarına (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilməsi nəzərdə tutulur. Bildirək ki, təkmilləşdirmədən öncə banklar da bu qanundan istisna deyildi. Eyni zamanda qanunda bu qanunun Mərkəzi Banka şamil edilməməsi maddəsi saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.