İqtisadiyyat

"Sığorta Mamed"in oğlu yeni bankda vəzifə aldı

28 Avqust 2015 18:30
0 Şərh     Baxış: 5 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 26-da öz xahişi ilə "Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru vəzifəsindən çıxmış Məmmədov Əhməd Məmməd oğlu "Azər-Türk Bank" ASC-yə təyinat alıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Ə.Məmmədov bankın "Mərkəz" filialının direktoru təyin edilib.

Qeyd edək ki, Ə.Məmmədovdan öncə adıçəkilən filialın direktoru Əkbərov Rasim Naib oğlu olub.

Xatırladaq ki, Ə.Məmmədov "Azərsığorta" şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun ("Sığorta Mamed") oğlu, "Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır.

Onu da qeyd edək ki, Elmar Məmmədov "Azərbaycan Beynəlxalq Bankı"ndan öncə "Azər-Türk Bank"da İdarə Heyətinin sədri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.