İqtisadiyyat

"EvroBank" müflis elan edildi

27 Avqust 2015 15:33
1 Şərh     Baxış: 1 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ilə "EvroBank" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Bankın ləğvedicisi qismində "Azerbaijan İnternational Consulting Company" şirkəti təyin edilib.

Şirkətin məlumatında qeyd edilir ki, "EvroBank" ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması ( 50 milyon manat - İF-Az) üzrə tələblərə əməl etməyib. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq bu müddət ərzində onlar icra edilməyib. Bunun əsasında AMB bankın lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.

"EvroBank" 1992-ci ilin dekabr ayından fəaliyyət göstərib. 1 filialı, 11 milyon manat nizamnamə kapitalı və 40 milyon manat kredit portfeli vardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.