İqtisadiyyat

Neftin qiyməti barədə çox bədbin proqnoz

5 Avqust 2015 09:18
0 Şərh     Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 30 ildə neft qiymətlərinin düşdüyü ən aşağı səviyyələrlə müqayisə aparan "Morgan Stanley" bankının analitiklərinin 2015-ci ildə neft qiymətləri ilə bağlı ümidləri yoxdur. Hazırkı vəziyyət 1986-cı ildə neftin kəskin düşməsi ilə müqayisə edilə biləcək dərəcədədir. Anspress yazır ki, hətta vəziyyət daha da pisləşə bilər.

Analitiklər bildiriblər ki, son vaxtlara qədər neft qiymətlərinin və neft şirkətlərinin əvvəlki vəziyyətə qayıdacağına inam olduqca yüksək olub. Bu inam üç şeyə əsaslanırdı və bunlardan üçü doğru çıxıb:

1) Tələb artacaq (Artdı)

Nəzəriyyədə: Bir il əvvəldən neft qiymətlərinin düşməsi tələbi artırmalıdır. Ucuz neft daha ucuz istehsal, daha ucuz daşınma, yay ərzində daha çox yol səyahəti deməkdir.

Təcrübədə: Çin iqtisadiyyatının zəifləməsinə baxmayaraq, bir gün ərzində 1,6 milyon barrel neft istehsal edilməsi ilə dünya bazarına çıxarılan neftin həcmi artıb.

2) Yeni neft çıxarılması xərcləri azaldacaq (Azaldı)

Nəzəriyyədə: Neft qiymətlərinin aşağı düşməsi enerji şirkətlərini yeni neft ehtiyatlarına çəkdikləri xərci azaltmağa vadar etməli, qazma və neftçıxarma xərcləri aşağı düşməlidir.

Təcrübədə: Həqiqətən də, oktyabrdan bu yana dünyanın hər yerində yeni neft çıxarılması üçün istifadə olunan qazma qurğularının sayı 42 faiz azalıb. Bütün dünyada 70 mindən çox neft işçisi işdən çıxarılıb və təkcə 2015-ci ildə siyahıya alınmış neft şirkətləri kapital xərclərini 129 milyard dollar azaldıb.

3) Səhm qiymətləri aşağı qalacaq (Qaldı)

Nəzəriyyə: Neft bazarları balansı tənzimləyərkən neft şirkətlərinin səhm qiymətləri aşağı qalmalıdır.

Təcrübə: Bəli, neft nəhəngləri iki müxtəlif dəyərləndirmə metodundan istifadə edərək 35 illik aşağı qiymətlərlə iş aparır.

4) Neft təchizatı aşağı düşəcək (Düşmədi)

Nəzəriyyə: Neftə tələbin yüksək olması, qazma və kəşf işlərinə daha az pul getməsi ilə qlobal neft təchizatı azalmalıdır.

Təcrübədə: Bunun əksi baş verdi. ABŞ-da neft istehsalı səviyyəsi iyundan bəri sabit qalır, OPEC ölkələrinə istehsal artıb.

Hələ ki Morgan Stanley qiymətlərin yüksələcəyi fikrində qalır. Bunun əsas səbəbi isə OPEC-də artıq doldurulacaq boşluq qalmaması və neft şirkətlərinin səhm qiymətlərinin düşməsidir.

Ancaq belə bir ehtimal da var ki, İrana qarşı sanksiyalar qaldırıldığından və Liviyada vəziyyət yaxşılaşacağı halda ABŞ-dan kənarda yeni neft istehsalı artmağa davam edə bilər. ABŞ-da da istehsal yenidən arta bilər. Neft qiymətlərinin əvvəlki səviyyəyə qayıtması əvvəlkindən daha qeyri-müəyyəndir və vəziyyət hələ 3 il də davam edə və "1986-cı ildə olduğundan daha da pisləşə" bilər.

Belə olacağı halda, proqnoz vermək üçün tarixdə təhlil edə biləcəyimiz göstəricilər azalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.