İqtisadiyyat

Bank olmayan kredit təşkilatlarının işi çətinləşir

2 Avqust 2015 21:01
2 Şərh     Baxış: 3 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bankların ardınca bank olmayan kredit təşkilatları (BOKT) güzəştli kreditlər üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.

Milli.Az xəbər verir ki, ölkənin maliyyə bazarındakı mənbədən Trend-ə bildirilib ki, AMB-nin kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinin təyin edilməsi ilə bağlı tövsiyəsindən sonra BOKT-larda ucuz resurslara kəskin ehtiyac yaranıb.

Mənbə qeyd edib ki, Azərbaycanda AMB tərəfindən BOKT-ların birbaşa kreditləşdirmə təcrübəsi yoxdur: "Bu səbəbdən bank olmayan kredit təşkilatları illik 3 faizlik ucuz vəsait ayrılması üçün Mərkəzi Banka müraciət edib. Hazırda BOKT-un əsas maliyyə mənbələri yerli və xarici investorlar, məsələn, banklardır. Bu kreditlər təşkilatlara baha başa gəlir, çünki bankların kreditləşmə mənbələrindən biri əhalinin əmanətləridir. Əgər bank illik 10 faizlə əmanət cəlb edirsə, müvafiq olaraq, BOKT-a öz resurslarını daha yüksək faiz dərəcəsi ilə satacaq. Məhz bu səbəbdən maliyyə nöqteyi-nəzərindən AMB-nin tövsiyələri bank olmayan kredit təşkilatlarının işini çətinləşdirir".

Mənbə hesab edir ki, ümumilikdə kredit dərəcələrinin məhdudlaşdırılması nəticədə bəzi BOKT-ların bağlanmasına gətirib çıxaracaq: "Bu da öz növbəsində sələmçiliyə tələbi artıracaq".

O, qeyd edib ki, bu məhdudiyyətlərin banklara təsiri elə də əhəmiyyətli deyil, çünki BOKT-lara nisbətən onların gəlir mənbəyi çoxdur: "Bank olmayan kredit təşkilatları əhalinin əmanətlərini cəlb edə bilməz, onların kart buraxılışı, pul köçürmələrini həyata keçirmək və başqa bu kimi icazələri yoxdur. BOKT faktiki olaraq kredit məhsullarından gəlir əldə edir, konsaltinq kimi, digər xidmətlərin onların portfelindəki payı çox cüzidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.