İqtisadiyyat

Avtomobillərin qiyməti yenə azalacaq

30 İyul 2015 16:58
0 Şərh     Baxış: 2 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobillərin satışında qiymətlərin yenə aşağı düşəcəyi gözlənilir.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib.

2015-ci ilin birinci yarısında qiymətlərin 6 faizə qədər azaldığını deyən ekspertin sözlərinə görə, bunun bir neçə səbəbi var: "Əsas səbəblərindən biri məhz avtomobil kreditləri ilə bağlı şərtlərin ağırlaşdırılması və maşınların satışında ilkin ödənişin artırılmasıdır. Hazırda yeni avtomobillərin kreditlə satışı ən azı 40 faizdir. 30 min manata avtomobil alan şəxs ən azı 12 min manat ilkin ödəniş etməlidir. Köhnə avtomobillər üçün ilikin ödəniş 60, hətta bəzi hallarda 80 faizdir. İlkin ödənişin çox olması avtomobil kreditlərindən istifadəni xeyli məhdudlaşdırır. Bu da, öz növbəsində, təbii ki, bazarda tələbatın azalmasına və durğunluğa gətirib çıxarır".

2015-ci ilin sonuna qədər avtomobillərin satışının 8 faizə qədər azalacağını deyən V.Bayramlı buna "Avro 4" standartının tətbiqinin təsirini də istisna etmir.

Onun sözlərinə görə, köhnə və ucuz avtomobillərin Azərbaycana gətirilməsinin qadağan olunması bu sahəyə tələbatı azaldıb: "Həm "Avro 4", eyni zamanda "Avro 3", "Avro 2" və "Avro1" standartlı avtomobillərin qiymətlərində azalma var. Bu baxımdan 2015-ci ilin birinci yarısında avtomobil bazarında durğunluq olub, ikinci yarısında da tələbatın aşağı olacağı gözlənilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.