İqtisadiyyat

Azərbaycanda Ermənistan istehsallı məhsullar məhv edildi - FOTO

29 İyul 2015 16:05
1 Şərh     Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsi (DGK) Ermənistandan gətirilmiş 31 butulka konyak, 51 paçka siqaret və 23 banka kofeni bu gün məhv edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə DGK-nin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərov deyib.

Onun sözlərinə görə, bu mallar Tovuz və Balakən gömrük idarələrinin əməkdaşları tərəfindən aşkarlanıb: "Aparılan ekspertiza nəticəsində müəyyən olunub ki, bu mallar istifadə üçün yararsız olduğundan onların məhv edilməsi qərara alınıb".

F.Ələsgərov qeyd edib ki, bu gün müxtəlif ölkələrdə istehsal edilmiş çeşidli məhsullardan ibarət 64,8 min qutu məhv edilib: "Məhv edilən mallar arasında 207 kiloqram kolbasa, 91 kiloqram hisə verilmiş balıq, 218 banka kürü, 611 butulka pivə və kustar üsulla hazırlanmış 864 litr şərab olub. Bundan başqa, istifadə müddəti keçmiş 446 butulka mineral su, 659 butulka limonad, 3815 sərinləşdirici və və energetik içki, eləcə də 317 butulka müxtəlif maye yağ məhv edilib".

O, diqqətə çatdırıb ki, həmçinin insan sağlamlığı üçün təhlükəli olan 311 071 ədəd pirotexniki vasitə, 252 saxta mobil telefon məhv edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.