İqtisadiyyat

Çökmə, geriləmə, yoxsa yeni oyun?

26 İyul 2015 21:25
1 Şərh     Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir ay boyunca bütün maliyyə bazarlarında əsl panikaya səbəb olan Çinin aparıcı fond birjalarının əsas indekslərinin nəzərəçarpacaq azalması müşahidə edilir. Heç kimə sirr deyil ki, son illər dünya iqtisadiyyatının artımı artıq ABŞ-dan deyil, Çin iqtisadiyyatından daha çox asılıdır.

Bir çox ekspertlər sual verirlər: Çin fond birjasında baş verənlər ABŞ-da Böyük depressiya dövrünün başlanmasının analoqudur, yoxsa bu fond bazarlarında başgicəlləndirici artımdan sonra aksiyaların indekslərinin korreksiyasıdır?

Azərbaycan üçün Çinin fond bazarlarının vəziyyəti ilə bağlı məsələ prinsipial önəm daşıyır. İndi Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin diversifikasiyasını təmin etmək məqsədilə Çin yuanının sərmayələşdirməsinə başlayıb.

Əksər ekspertlər ARDNF-i müəyyən müddətdən sonra azalma göstərən sonuncu yatırımlarına görə tənqid edirlər.

ARDNF-in vəsaitlərin qızıla yatırımına başlamasını xatırlamaq lazımdır, həmin vaxt qiymətlər 1 troy unsiyasına görə 1800 dollar həddində tərəddüd edirdi. Bu gün qızılın qiyməti 1200 dollara çatmır.

Həmçinin bu mərhələdə nə Rusiya rubluna, nə də türk lirəsinə yatırımlar özünü doğrultmurdu. Son il ərzində bu valyutaların dəyəri xeyli itib. Bundan başqa, Rusiyanın VTB bankının səhmlər paketinə yatırımlarda da itiririk. Amma 2013-cü ilin aprelində ARDNF VTB-nin səhmlərinin 2,95%-ni alanda heç kim Rusiyaya sanksiyaların tətbiq olunacağını təxmin belə etmirdi. Bununla yanaşı, bu qadağalara məhz bank məruz qalacaq.

Lakin fondda hesab edirlər ki, bu cür yatırımlar uzunmüddətli dövrə, yəni bu yatırımların gəlir gətirəcəyi vaxta hesablanıb. Ona görə də fondu qısa zaman kəsiyində səhv sərmayə siyasətində günahlandırmağa hələlik dəyməz.

Yuana yatırım məqsədilə 2014-cü ildə 3 mlrd. yuan (təxminən, 500 mln. dollar) həcmində investisiya həyata keçirmək üçün Çin Mərkəzi Bankından lisenziya alınıb, həmçinin dövlət istiqrazları və agentliklərin istiqrazlarının alınmasına dair müqavilə imzalanıb.

İyulun 1-dən Çin yuanına ilk sərmayə yatırımına başlanıldı. Növbəti mərhələ qismində Çin səhm bazarına sərmayə yatırılması nəzərdə tutulub. Bu məqsədlə Çin Qiymətli Kağızlar üzrə Tənzimlənmə Komitəsi tərəfindən verilən "Səlahiyyətli Xarici institusional investorlar" adlı lisenziyanın alınması planlaşdırılır.

"Azərbaycan Çinin fond bazarında iştirak üçün gecikməyib ki?" sualı tamamilə məqbuldur.

İnzibati resurs

ÇXR rəhbərliyinin bütün istifadə etdiyi inzibati resurslara baxmayaraq, birjalarda vəziyyət bir ay boyunca indekslərin davam edən düşməsi ilə əlaqədar son dərəcədə təhlükəli görünür.

Əsasən, Şanxay fond birjasında "Shanghai Composite Index"də əsas indeks bir ay müddətində 25%, Şençjen fond birjasında "Shenzhen SE Composite IX" əsas indeks 33%, Honkonq fond birjasında "Hang Seng Index" indeksi 6,72% azalıb.

Çin hakimiyyəti səhmlərin indekslərinin düşməsinin qarşısını almaq üçün mövcud olan inzibati resurslarının bütün arsenalını işə saldı.

"Sinxua" agentliyinin məlumatına görə, Çinin milli bankı hazırkı mərhələdə likvidliyin qorunması üçün kifayət edəcək həcmdə kredit ayırıb.

Öz növbəsində ÇXR-in dövlət şurası yanında dövlət əmlakına nəzarət və idarəedilməsi üzrə komitə fond bazarlarında anomal tərəddüdlər dövründə dövlət müəssisələrinə holdinqlərinin səhm payını azaltmağı qadağan edib.

Və nəticədə istintaq orqanları fyuçerslər bazarında bəzi şirkətlərin manipulyasiyasını təsdiq edən sübutlar tapdılar. Bununla belə, hələlik Çinin fond birjalarının çökməsinin "son həddinə" çatdığını deməli olmursan. Bunun üçün kifayət qədər obyektiv səbəblər var və ÇXR rəhbərliyi tərəfindən bu qədər "nevroz" addımlar ancaq təəccüb doğurur.

Məsələ burasındadır ki, ilin yekunlarına əsasən, Şanxay fond birjasının əsas indeksi 83%, Şençjen birjasında isə 84% artıb. Bir qədər artım Honkonq fond birjasında müşahidə edilir - təxminən 7%.

Daha doğrusu, fond birjalarında vəziyyət ABŞ-da Böyük depressiya dövrü ilə müqayisədə, bir il ərzində sürətli artımdan sonra daha çox korreksiyaya çevrilir. Və bununla belə, çox güman ki, Şanxay və Şençjen fond birjalarının çökməsinin "son həddi" hələlik keçilməyib, amma bu, bir müddət davam edəcək.

 Dünya iqtisadiyyatının Çin "mühərriki"

Şanxay və Şençjen fond birjalarında indekslərin kəskin azalması bir sıra şirkət rəhbərliyinin ilkin ictimai yerləşdirmə (IPO) ilə bağlı planlarında düzəlişə səbəb oldu və səhmlərin yerləşdirilməsi tarixi təxirə salındı. Halbuki, təbii ÇXR rəhbərliyinin "İpək yolu" iqtisadi zolağı çərçivəsində layihələrini nəzərə alaraq, bir çox Çin şirkətlərinə əlavə kapitallaşma tələb olunur, bu da fond birjalarında səhmlərin yerləşdirməsi sayəsində mümkündür. İş orasındadır ki, ÇXR hələ də 2015-ci ilin birinci rübünün nəticələrinə əsasən 7% səviyyəsində artım tempini qoruyub saxlaya bilir. Yeni layihələrin reallaşdırılması bu templərin qorumasına imkan verəcək.

Və Çin şirkətləri iqtisadi zolağın inkişafı üzrə dövlət proqramını fəal şəkildə dəstəkləyirlər. Xüsusi ilə, 2015-ci il üçün ÇXR Dövlət Şurası yanında Dövlət mülkiyyətinin nəzarəti və idarə edilməsi üzrə komitəsinin nəzarətində olan 110 şirkətdən 107-si dünyanın 150 ölkəsində xarici filiallarını açıb. Bundan əlavə, mərkəzi tabelikdə olan 80 müəssisədən çoxu "İpək yolu" zolağı ölkələrində filiallar  yaradıblar.

Bundan əlavə, 12-ci beşilliyin başlamasından bəri (2011-ci ildən 2015-ci ilədək) mərkəzi tabelik altında olan müəssisələrin xaricdəki ümumi aktivlərinin həcmi 12,2%-lik ortaillik artımla 2,7 trln.-dan 4,6 trln. yuana çatıb. Müəssisələr Malayziyada, Laosda, Monqolustanda və digər ölkələrdə polad prokatı, sement və şüşə üzrə çoxlu sayda istehsalat xətlərini yaradıblar. Belə müəssisələrin dəmiryolu avadanlıqları dünyanın altı kontinentində istifadə olunur. Çin - Rusiya, Çin - Qazaxıstan, Çin - Myanma boru kəmərləri və digər kimi infrastruktur obyektlərinin tikintisi reallaşdırılıb.

Müvafiq olaraq Çinin fond bazarında daha çox "İpək yolu" iqtisadi zolağının reallaşdırılmasında iştirak edəcək müəssisələrin səhmləri yerləşdiriləcək. Bununla da, müəssisələrin səhmləri Çinin fond bazarlarında artımını çox güman ki, davam etdirəcəklər.

Bununla əlaqədar, Çin fond bazarlarında indekslərin müəyyən düzəlişindən sonra xarici sərmayəçilərin müvafiq meydançalarda maliyyə əməliyyatları aparmağa marağı nəzərəçarpacaq dərəcədə artacaq. Çox güman ki, ARDNF ÇXR-in qiymətli kağızlara nəzarət üzrə komitəsindən ticarətə icazə aldıqdan sonra, əvvəlcə bir qədər nəzər yetirmək və vəziyyətin sabitləşməsindən sonra artım üçün böyük potensiala malik Çinin fond bazarlarında qiymətli kağızların satışında fəal şəkildə iştirak etmək lazımdır. 

"Region Plyus"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.