İqtisadiyyat

"Yunanıstandakı iqtisadi böhran qlobal amillərin yalnız 1/3-dir"

3 İyul 2015 17:41
0 Şərh     Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstandakı iqtisadi böhran avronun dollara nisbətdə məzənnəsinin tez-tez dəyişməsinə təsir edən qlobal amillərin yalnız 1/3-dir və bu amillər davam edəcək.

Bunu Trend-ə Rusiya Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov deyib.

Onun sözlərinə görə, son ildə avro/dollar cütlüyündə yüksək dəyişkənlik müşahidə edilir və əsas səbəblərdən biri Yunanıstan iqtisadiyyatının vəziyyətidir: "Rusiyada bu günlərdə avronun məzənnəsində kəskin dəyişikliklər müşahidə edilmir. Hərçənd iyulun 1-nə keçən gecə Yunanıstan texniki defoltla üzləşdi. Fikrimcə, bazar, sadəcə olaraq, bu hadisəni gözləməkdən yoruldu və defolt gözləntisinə uyğunlaşdı".

Rektor qeyd edib ki, Yunanıstanın Avrozonanın tərkibində qalacağı ilə bağlı şansı çoxdur: "Əgər Avropa İttifaqı Yunanıstanı avrozonada saxlamaq istəyirsə, özü üçün asan olmayan qərar qəbul etməlidir. Bu məqsədlə Yunanıstana yardım paketini genişləndirməlidir. Yunanıstan isə bunun müqabilində büdcə xərclərinin məhdudlaşdırılması sahəsində sərt siyasətə getməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.