İqtisadiyyat

Azərbaycanda kredit faizləri artacaq? - VİDEO

2 İyul 2015 23:56
8 Şərh     Baxış: 3 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Bankın komissiya haqları ilə bağlı banklara verdiyi göstəriş barədə xəbər vermişdik. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, artıq kreditin məbləğində asılı olmayaraq komisyon haqqı 1 faizdən artıq olmamalıdır. İqtisadçılar bu dəyişikliyin kredit faizlərinə təsir edəcəyini proqnozlaşdırırlar.

İndiyədək banklar kredit verərkən komisyon haqları 6-7, hətta bəzən 10 faizə yaxın tuturdu. Mərkəzi Bankın göstərişi ilə bu məbləğin 1 faizə endirilməsi isə vətəndaşların kredit yükünü azaltmaqla yanaşı bankların gəlirlərini əhəmiyyətli dərəcədə azaldacaq. Buna görə də kredit fazilərində artım proqnozlaşdırılır.

İqtisadçıların fikrincə, bu artım uzunmüddətli olmayacaq. Kiçik bankların konsolidasiyası yəni birləşməsi də təklif olunur. Bu tədbirlər nəticəsində banklar fəaliyyətlərinə daha ucuz maliyyə mənbələri əlavə etməklə fəaliyyətlərini stimullaşdıra bilər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.