İqtisadiyyat

"Kreditlər silinəcək" xəbərini kim yaydı? - Diqqətli olun

29 İyun 2015 14:04
61 Şərh     Baxış: 20 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadçı ekspert Vüqar Bayramov son günlər kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanacağı ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, məsələyə sosial şəbəkədə aydınlıq gətirən ekspert bildirib ki, kredit borclarının dövlət tərəfindən deyil, ayrı-ayrı bankların özləri tərəfindən silinməsinə ehtiyac var: "Bir sıra inkişaf etməkdə olan ölkələrdə bankların kiçik həcmli borcların bağışlanması hallarına rast gəlinir.

Dövlət tərəfindən borcların silinməsi həm dövlət üçün əlavə xərc deməkdir, həm də bu proses bankları və kredit borcu olanları məsuliyyətini azalda bilər. Eyni zamanda, bu kredit ödənilməsinə məsuliyyətlə yanaşan borclu ilə həmin pulu məsuliyyətsiz xərcləyən arasında diskriminasiya olacaq.

Məsələn, təsəvvür edək ki, bir vətəndaşımız kredit götürüb və öz əmək haqqısına qənaət edərək, yumşaq desək, bəzi hallarda "uşağının boğazından kəsərək" həmin krediti vaxtlı-vaxtında qaytarıb, digəri isə bankdan borc alib gedib Türkiyədə istirahət edib və sonradan da həmin pulu geri qaytarmayıb. Belə olan halda borcların silinməsi o deməkdir ki, sanki kredit ödənişlərinə məsuliyyətlə yanaşan doğru etməyib, borcla istirahət edən və onu geri ödəməyən düzgün edib. Çünki o, krediti məsuliyyətisiz xərclədi, amma onun borcu bağlandı. Əslində isə, doğru edən öhdəliyinə məsuliyyətlə yanaşandır".

Onun sözlərinə görə, borcların bağışlanması  kredit götürənlərin əksəriyyətində "yenidən borcumu siləcəklər" arxayınlığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər: "Düşünürəm ki, borcların bağışlanması ümumi şəkildə bütün kreditlərə deyil, fərdi olaraq ayrı-ayrı müqavilələrə tətbiq edilə bilər. Ailənin sosial statusundan asılı olaraq bunun tətbiq edilməsi mümkündür. Məsələn, elə ailə var ki, kredit götürüləndən sonra ailə başçısı dünyasını dəyişib və qəza keçirərək əmək qabiliyyətini itirib. Həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması və ya güzəştlərin tətbiq edilməsi olduqca vacibdir. Bu həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur. Bu baxımdan, bütün kreditlərin deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzuolunandır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.