İqtisadiyyat

Azərbaycanda böyük enerji obyekti istismara veriləcək

28 May 2015 22:32
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərenerji" ASC 2015-ci ilin ikinci yarısında Abşeron yarımadasının enerji təchizatı üçün mühüm əhəmiyyətə malik olan "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunu istismara verməyi planlaşdırır. Bunu Trend-ə "Azərenerji" ASC-dən deyiblər.

Cəmiyyətdən bildiriblər ki, qurğunun quraşdırılması üzrə işlər qrafikə uyğun aparılır: "Müəyyən yubanmalar ola bilər, lakin ilin ikinci yarısında qurğu istismara veriləcək".

Qeyd edək ki, "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunun gücü 409 meqavat təşkil edəcək. Hazırda stansiyada gücü 400 meqavat olan bir qaz-buxar qurğusu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.