İqtisadiyyat

Məşhur bankdan həbs xəbərləri ilə bağlı AÇIQLAMA

26 May 2015 15:22
0 Şərh     Baxış: 2 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bank Technique" son zamanlar əməkdaşlarının həbsi ilə bağlı mətbuatda əksini tapan xəbərlərlə bağlı açıqlama yayıb.  

Milli.Az xəbər verir ki, məlumatda deyilir: "Son günlər mətbuatda bir sıra informasiya resursları tərəfindən "Bank Technique" ASC barəsində yanlış və həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

Bankın adı KİV nümayəndələri tərəfindən "kütləvi həbslər" və "kredit qalmaqalı" adlandırılan yazılarda qərəzli şəkildə hallanır və bununla bağlı bank rəsmi şəkildə birmənalı bəyan edir ki, yayılmış məlumatlar yalandır və bankın heç bir rəhbər işçisi, sıravi əməkdaşı bu və ya digər səpkidə mühafizə orqanları tərəfindən dindirilməyib, saxlanılmayıb və həbs edilməyib.

Bank bu növ qərəzli məlumatların yayılmasını pisləyir, imicinə xələl gətirməklə, ictimaiyyətdə mənfi fikirlərin formalaşdırılmasının mümkünlüyünü nəzərə alaraq, qanun çərçivəsində addım atacağını bildirir.

Bank həmin KİV nümayəndələrinə yazıları dərc edərkən peşəkarlıq səviyyələrini qorumağı, KİV haqqında qanunun müddəalarına riayət etməyi tövsiyə edir və bankın mətbuat üçün daim açıq və şəffaf olduğunu diqqətə çatdırır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.