İqtisadiyyat

Puldan imtina edəkmi? - MÜZAKİRƏ

25 May 2015 08:58
8 Şərh     Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın əksər ölkələrində artıq nağd ödənişlərdən imtina edilir. Bu proses həm vergidən yayınma hallarının qarşısını alaraq ölkə büdcəsinə müsbət təsir göstərir, həm də insanların riskləri azalır

Nağdsız ödənişlərin müsbət və mənfi cəhərləri çoxdur. Lakin tərəziyə qoyanda müsbət tərəflər daha ağır gəlir. Bu günlərdə yayılan xəbərlərə görə, Danimarka hökuməti ölkə ərazisində tam nağdsız ödənişlərdən istifadəyə keçmək niyyətindədir. Bu ölkədə tam nağdsız ödənişə keçmək üçün baza da var. Çünki ölkə əhalisinin 84.2% nağd alış-verişdən artıq imtina edib.

Azərbaycanda da nağdsız ödənişə keçid üçün artıq baza yaradılır. Bir çox banklar müştərilərinə kredit kartları təklif edirlər. Həmin kartlarla alış-veriş etmiş adam növbəti ayın sonuna qədər heç bir faiz olmadan öz borcunu qaytara bilir. Bu proses paytaxt Bakıda və digər iri şəhərlərdə geniş vüsət alsa da, regionlar prosesdən bir qədər kənarda qalıb.

Cibdə nağd pul gəzdirmək hər zaman onu itirmək, oğurlanmaq, quldurların hücumuna məruz qalmaq təhlükəsidir. Plastik kart itdikdə isə, parolu bilmədən onu heç kim istifadə edə bilməz. Plastik kartı itirən şəxs dərhal banka zəng vurub deaktiv etdirə bilir. Nağd pul isə itdisə, o, artıq başqasınındır.

Əslində, ölkəmizdə də tam nağdsız ödənişlərə keçmə insanların həyatını daha da rahatlaşdıra bilərdi.

Bəs Azərbaycanda nağd ödənişlərin tamamilə ləğvi nə vaxt mümkündür? Siz bu barədə nə düşünürsünüz, əziz oxucular? Azərbaycan da nağd pullardan imtina etməlidirmi?

Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.