İqtisadiyyat

Azərbaycanda yeni neft quyusu istismara verilib

25 Aprel 2015 23:06
0 Şərh     Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BP şirkəti Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlar blokunda yeni quyunun istismara verilməsi üzrə bütün işləri başa çatdırıb. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.
 

BP AÇG yataqlar blokunun işlənməsinin operatorudur.

Mənbə qeyd edib ki, J08 quyusu qazılaraq istismara verilib: "Quyudan artıq ilk neft əldə edilib. Yeni quyu platformadan hasilatın səmərəliliyini daha da artırmağa imkan verəcək. Platforma planlaşdırılan rəqəmi 11,8 faiz üstələyir.
 

Qeyd edək ki, quyunun qazılması AÇG blokunda neft hasilatını artırmağı nəzərdə tutan "Chirag oil project" layihəsi çərçivəsində "Qərbi Çıraq" platformasında aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.