İqtisadiyyat

İran nefti asanlıqla qayıtmayacaq

25 Aprel 2015 22:50
0 Şərh     Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Prezident Barak Obamanın İran üzərinə qoyulmuş əksər sanksiyaları qaldırması ehtimalı olduğunu bildirməsinə baxmayaraq, İranın embarqo qoyulmuş xam neftinin qlobal bazarlara qayıtması heç də yaxın görünmür.

Obama aprelin 17-də bildirib ki, İranla nüvə proqramı ilə bağlı razılıq əldə edilməsi üçün "yaradıcı danışıqlara" ehtiyac var. Obama İranın razılaşmadakı öhdəliklərini pozduğu halda "sanksiyaları necə geri qaytara biləcəkləri" haqqında düşünür. Ağ Ev rəsmilərindən birinin sözlərinə görə, mövqeyini dəyişməyən Obama sadəcə lazım gələrsə, sanksiyaların bərpa edilməsi imkanının əhəmiyyətini vurğulayıb.

İran və dünya liderlərinin ölkənin ixracına qoyulan məhdudiyyətləri azaldacaq bir çərçivə razılaşması istiqamətində çalışdıqlarını bildirmələrindən sonra qlobal neft göstəricisinin qiyməti 3,8 faizə qədər azalıb.

"Biz bunu iyun ayına qədər razılıq əldə edilməsi prosesinin bir hissəsi hesab edirik. Daxili və xarici qayğılar arasında qalan Obama həm İranı, həm də ABŞ konqresini sakitləşdirməyə çalışır" - deyə "BNP Paribas" bankında əmtəə bazarları üzrə strategiya rəhbəri Herri Tchilinguirian qeyd edib.

Davamlı siyasət

"Bizim burda əsas narahatlığımız İran razılaşmaya əməl etmədiyi halda dərhal sanksiyaları bərpa etmək üçün tələsməyəcəyimizdən əmin olmaqdır. Sanksiyaların necə yüngülləşdirildiyi, müqavilə pozulduğu halda sanksiyaları necə geri qaytaracağımız - bütün bunlar üçün müxtəlif mexanizm və üsullar var" - Obama 17 aprel tarixində bildirib.

ABŞ-ın Enerji Departamentinin katibi Ernest Moniz bazar ertəsi administrasiyanın mövqeyini bir daha müdafiə edib. O, Bloomberg redaktor və müxbirləri ilə müsahibəsində bildirib ki, İranın sanksiyaların yüngülləşdirilməsini təmin etmək üçün müqavilənin şərtlərini yerinə yetirməsinin ən azı altı çəkəcəyini düşünür.

Son maneə

"UBS" maliyyə şirkətinin proqnozuna görə, razılaşma əldə edilsə belə, İran ixracının gələn ilə qədər canlanması ehtimalı çox azdır. Obamanın söylədikləri hələ neft qiymətlərinə təsir etməsə də, razılıq əldə edilməsi vaxtı yaxınlaşdıqca neft ticarəti ilə məşğul olanlar, böyük ehtimal, ABŞ və İranın verdiyi siqnallara daha həssas yanaşmağa başlayacaqlar.

"Yekun razılaşma istiqamətində müzakirə olunası hələ çox məsələ var. Söylənilən fikirlər hələ bazarın diqqətini o qədər də cəlb etmir. Ola bilsin ki, iyun ayına doğru bu fikirlər daha çox diqqət cəlb etsin" - "UBS" şirkətində çalışan analitik Giovanni Staunovo qeyd edib.

4npress.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.