İqtisadiyyat

Elman Rüstəmov ümidlərə balta vurdu: manatın kursu sərbəst buraxılır - YENİLƏNİB

1 Aprel 2015 15:37
Baxış: 8 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:37

"Azərbaycanda ABŞ dollarına nisbətdə manatın məzənnəsində ciddi dəyişikliklər gözlənilmir, amma neftin qiyməti kəskin şəkildə azalsa, milli valyutanın məzənnəsi bu şərtlərə uyğunlaşdırılacaq". Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında bildirib.
 

E.Rüstəmov qeyd edib ki, ölkədə manatın ciddi devalvasiyası gözlənilmir: "Lakin milli valyutanın məzənnəsi dünya bazarlarındakı vəziyyətdən, xüsusilə də neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar dəyişə bilər. Bununla belə, iri maliyyə institutlarının qiymətləndirməsinə görə, dolların qiyməti bir barelə görə 50-55 dollar arasında tərəddüd edəcək".
 

AMB sədri deyib ki, əvvəl Azərbaycan neftinin bir bareli 140 dollara satılırdı, indi isə onun dəyəri 50-55 dollara qədər azalıb: "Buna görə də müvafiq tədbirlər görmək lazımdır".
 

Onun sözlərinə görə, Mərkəzi Bank hamı tərəfindən dəstəklənən qərarlar qəbul etməyə məcbur deyil: "Kimsə belə qərarlar qəbul etmək üçün işləyirsə, o, böyük səhv edir. Qərarlar ölkənin və əhalinin maraqlarının müdafiəsi üçün qəbul olunur".
 

İclas zamanı deputat Vahid Əhmədov təklif edib ki, gələn ilin əvvəlinədək yumşaq devalvasiya aparılsın və bununla da manat öz bazar dəyərinə çata bilsin.


---------
15:24

"Azərbaycan Mərkəzi Bankı manatın idarə olunan üzən məzənnə rejiminə keçməyi planlaşdırır"

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət komitəsin iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan, hələ ki, üzən məzənnə siyasətinə keçidə tam hazır deyil, bunun üçün ölkədə kifayət qədər vəsait qazanan təşkilatlar olmalıdır:

"Hazırda Azərbaycanda cəmi üç belə təşkilat var. Bu Azərbaycan Respublikası Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30 faiz ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyata mənfi təsir edə bilər".

E.Məmmədov qeyd edib ki, hazırda Azərbaycan manatın idarə olunan üzən məzənnə siyasətinə keçir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.